Azərbaycan cüdoçuları Vladimir Putinin mükafatı uğrunda yarışacaqlar

Azərbaycan cüdoçuları Vladimir Putinin mükafatı uğrunda yarışacaqlar
Mayın 4-də Xasavyurtda "Yedinaya Rossiya" Ümumrusiya siyasi partiyasının sədri Vladimir Putinin mükafatı uğrunda kişilər arasında cüdo üzrə sayca üçüncü beynəlxalq turnir başlanacaq. Siasport.az saytı xəbər verir ki, turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Belarus, Ukrayna, Litva, Tacikistan və Ermənistandan olan komandalar iştirak edəcəklər. Bundan əlavə, Rusiyanın müxtəlif regionlarını təmsil edən komandalar da yarışlara qatılacaqlar.

Azərbaycan komandası 14-15 cüdoçu ilə təmsil olunacaq. Onlara Azərbaycan yığmasının məşqçiləri Rauf və Ruzbəy Vəliyevlər rəhbərlik edəcəklər.

150-dən çox idmançının qatılacağı yarış 7 çəki dərəcəsi üzrə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com