Mahir Şükürov "Qəbələ" ilə anlaşdı

Mahir Şükürov "Qəbələ" ilə anlaşdı
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun karyerasını harada davam etdirəcəyi dəqiqləşib. Siasport.az saytı xəbər verir ki, 29 yaşlı müdafiəçi "Qəbələ" klubuna keçib.

"Anji" ilə ayrıldıqdan sonra sərbəst futbolçu olan Mahiri "Qəbələ"nin məşhur ingilis baş məşqçisi Toni Adams sərəncamında görmək istəyib. Artıq tərəflər arasında münasibətlər rəsmiləşib və bu gün "Qəbələ"nin keçirəcəyi mətbuat konfransında Mahirin təqdimatı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə