MDB-nin 20 illiyinə həsr olunan iclasda idman və gənclər sahəsini əhatə edəcək bir sıra mövzular müzakirə olunacaq-PROQRAM

MDB-nin 20 illiyinə həsr olunan iclasda idman və gənclər sahəsini əhatə edəcək bir sıra mövzular müzakirə olunacaq-PROQRAM

21 may 2010-cu il tarixində Sankt-Peterburq şəhərində MDB Hökumət Başçıları Şurası MDB-nin 20 illiyinin keçirilməsi qərarını verib. Siasport.az saytı xəbər verir ki, məhz bu qərara müxtəlif tədbirlər planı daxil edilib ki, Bakıda keçiriləcək iclas da MDB-nin 20 illiyinə həsr olunub.

Beləlikə, 14 aprel 2011-ci il tarixində Bakıda MDB-nin Bədən Tərbiyəsi və idman üzrə Şurasının iclası keçiriləcək.

İclasda MDB-nin 20 iiliyinə həsr olunan idman və gənclər sahəsini əhatə edəcək planların, 2012-ci ildə MDB-də elan olunacaq Bədən Tərbiyəsi və İdman ili ilə bağlı müxtəlif tədbirlərin, 2011-2012-ci illər üçün MDB-də humanitar sahədə prioritet tədbirlər planının həyata keçirilməsi MDB Hökumət başçılarının qərarı, 2020-ci ilə qədər MDB üzv Dövlətlərin beynəlxalq gənclər sahəsində əməkdaşlığı haqqında strategiyanın, MDB üzv ölkələrin əlillərinin sosial reabilitasiyası ilə bağlı proqramın və digər mövzuların müzakirəsi nəzərdə tutulub.

2 gün davam edəcək iclas çərçivəsində qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət edəcək, İdman Mərkəzi, Tennis Akademiyası, Sərhədçi Olimpiya İdman Kompleksində olacaqlar. Bununla yanaşı, qonaqlar Heydər Əliyev Fondunu ziyarət edəcəklər.

MDB-nin Bədən tərbiyəsi və idman üzrə Şurasının iclasında Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Qırğızıstan, Moldova və digər ölkələrin idmana məsul rəsmilərinin iştirakı gözlənilir.

Tədbir 15 aprel tarixinədək "Palas" oteldə (Təhsil nazirliyinin yanı) gerçəkləşəcək.


Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının Bədən tərbiyəsi və idman üzrə Şurasının növbəti iclasının

P R O Q R A M I

İclas MDB-nin 20 illiyinə həsr olunur

Bakı şəhəri, 14 -15 aprel 2011-ci il

"Palas" oteli

Cümə axşamı, 14 aprel 2011

10:00 – 11:15

İclasın açılışı, sədrin seçilməsi, gündəlikdə duran məsələlərin müzakirəsi

11:15 – 11:30

Çay fasiləsi

11:30 – 13:00

Müzakirənin davamı

13:00 – 14:30

Nahar

14:30 – 18:00

İdman mərkəzləri ilə tanışlıq

Tennis Akademiyası

Otüstü xokkey federasiyasının bazası

Sərhədçi Olimpiya İdman Kompleksi

Cümə, 15 aprel 2011

09:30 – 10:40

Fəxri Xiyabanı ziyarət etmək və Ümummilli lider Heydər Əliyevin məzarı üzərinə gül qoymaq.

Şəhidlər Xiyabanını ziyarət etmək

11:00 – 13:00

İclasın davamı, yekun sənədlərin qəbul edilməsi

13:00 – 14:30

Nahar

15:00 – 16:00

Heydər Əliyev Fondu ilə tanışlıq

16:00 – 18:00

Şəhər ilə tanışlıq

18:00 – 19:00

Sərbəst vaxt

Bütün xəbərlər Facebook səhifəmizdə