2010-cu il 27-28 may tarixlərində Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının Bədən tərbiyəsi və idman üzrə Şurasının toplantısında növbəti iclasın Bakıda keçirilməsi qərara alınıb. Siasport.az saytı xəbər verir ki, bunun nəticəsi olaraq 14 aprel tarixindən etibarın Bakıda MDB Bədən tərbiyəsi və idman üzrə Şurasının iclası keçiriləcək.
Qeyd edək ki, 21 may 2010-cu il tarixində Sankt-Peterburq şəhərində MDB Hökumət Başçıları Şurası MDB-nin 20 illiyinin keçirilməsi qərarını verib. Məhz bu qərara müxtəlif tədbirlər planı daxil edilib. Bakıda MDB-nin 20 illiyinə həsr olunmuş iclas da həmin tədbirlər planının bir hissəsidir.
MDB-nin Bədən tərbiyəsi və idman üzrə Şurasının iclasında Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Qırğızıstan, Moldova və digər ölkələrin idmana məsul rəsmilərinin iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB