Cəbrayıl Həsənov: "Birinci dəfə idi belə haqsızlıq görürdüm" AÇIQLAMA

Cəbrayıl Həsənov: "Birinci dəfə idi belə haqsızlıq görürdüm" AÇIQLAMA

"Bu mənim ikinci olimpiadamdır. Birincidə bürünc medalı axırıncı saniyələrdə əldən vermişdim. Olimpiadada kim hazır olursa, o da yaxşı güləşir. Mən də hazır idim, lakin qismət belə oldu". SİA-nın məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında "Rio-2016" Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan güləşçisi Cəbrayıl Həsənov (74 kq) deyib.

O, yarımfinalda rusiyalı Ənvər Geduyevlə qarşılaşması haqda danışıb: "Rus idmançı ilə görüşdə hakimlər haqsızlıq etdilər. Mən 4:0 hesabı ilə irəlidə olanda, 5:4 onun xeyrinə qərar çıxardılar. Qarşılaşmanı 3 dəfə saxladılar və hər dəfə də, o 3-4 dəqiqə istirahət etdi və özünə gəldi. Çox haqsızlıq etdilər. Mən birinci dəfə idi belə haqsızlıq görürdüm. Rus idmançının finalda iranlı ilə görüşünü də çox saxladılar. Ona uduzandan sonra, artıq təsəlliverici görüşlərdə ruh düşkünlüyü var idi".

Bütün xəbərlər Facebook səhifəmizdə