Tuyqun Nadirov: \"\"Xəzər Lənkəran\" klubu olaraq Qurban Qurbanova futbolçu və məşqçi kimi böyük hörmətimiz var\"-MÜSAHİBƏ

Tuyqun Nadirov: \"\"Xəzər Lənkəran\" klubu olaraq Qurban Qurbanova futbolçu və məşqçi kimi böyük hörmətimiz var\"-MÜSAHİBƏ

Siasport.az saytı \"Xəzər Lənkəran\" klubunun vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsii nəzərinizə çatdırır:

- Komandanın son dörd turda uğursuz çıxışının səbəbi nədir? Bunu araşdırmısınızmı?

- \"Qarabağ\"la oyundan sonra keçirilən klubdaxili iclasda uğursuz nəticələrin səbəblərini araşdırdıq. Səbəblərdən biri kimi nizam-intizamın aşağı səviyyədə olması göstərildi. Komandanı toparlamaq, nizam-intizamı möhkəmləndirmək lazım idi. Bu yöndə artıq addımlar atılıb. Başqa problem yoxdur.

Həm \"Bakı\", həm də \"Qarabağ\"la qarşılaşmalarda komanda yaxşı oyun sərgilədi, qol vəziyyətləri yaradıldı. Sadəcə, bundan əvvəlki oyunlarda hakim ədalətsizliyi üzündən komandada ruh düşkünlüyü yaranmışdı. Həmçinin intizamsızlıq bu nəticələrin yaranmasına gətirib çıxarıb. Əsas nizam-intizam qaydasında olmalı, komanda toparlanmalıdır ki, öz sözünü deyə bilsin.

- Son dörd oyuna qədər hər şey qaydasında idi. Birdən-birə nə baş verdi ki, intizamsızlıq yarandı?

- Ümumilikdə komandada intizamsızlıq yaranmayıb. Sadəcə, fasilədən sonra ayrı-ayrı oyunçuların işlərinə münasibətdə intizamsızlıq müşahidə olunurdu. Buna görə də lazım olan oyunçu heyətdən kənarlaşdırıldı, kim lazım idisə cərimələndi. Ümumilikdə götürdükdü, \"Xəzər Lənkəran\" ən intizamlı komandalardan biridir.

- Heyətdən kənarlaşdırılan Elnur Allahverdiyev artıq üzr istəyib...

- \"Xəzər Lənkəran\" peşəkar klubdur. Burda üzr istəməklə iş bitmir. Lazım olub futbolçu cəzalanıb və ya cərimələnib. \"Xəzər Lənkəran\"ın öz prinsipləri, nizam-intizam qaydaları, daxili intizam kodeksi var və hər bir futbolçu bu qaydalara riayət etməlidir.

- Elnurun bağışlanması mümkündürmü?

- O, əsas komandadan uzaqlaşdırılıb. Amma klubla müqaviləsi davam edir. Baş məşqçi qərar versə, gedib əvəzedici komandada oynayacaq. Əsas komandaya qaytarılmasına gəlincə, burda üzr istəməklə iş bitmir. Klubun qərarı qətidir.

- \"Qarabağ\"la oyunun sonrlarında qırmızı vərəqə alan və Elnur Allahverdiyevin qarşılaşmadan sonra dava etdiyi Dieqo Souza ilə bağlı hansısa tədbir görülməyib?

- Dieqo Souza nə edib ki?! Oyun epizodunda qırmızı vərəqə alıb. Kimisə təhqir etməyib, idmançıya yaraşmayan hərəkətə yol verməyib. Futbolçu oyunda vərəqə ala bilər. Hər halda o da istəməzdi ki, qırmızı vərəqə alsın. Bu futbolçu uzun müddət zədəli olmuşdu. Meydana yeni qayıdıb. Dieqo ilə bağlı heç bir problem yoxdur.

- \"Qarabağ\"la oyunda hakimlikdən razı qaldınız?

- Mən artıq hakimliklə bağlı danışmıram. Oyunlarımız canlı yayımlanır və hamı baş verənləri görür. Xalqın gözü tərəzidir. Hakimlərin işinə jurnalistlər və ictimaiyyət qiymət verməlidir.

- \"Qarabağ\"la oyundan sonra Qurban Qurbanovla \"Xəzər Lənkəran\" azarkeşi arasında insident yaşanıb. Klub olaraq buna münasibətiniz necədir?

- Əlbətdə ki, bu xoşagəlməz haldır. Qurban Qurbanov şəxsən xətrini istədiyim adamdır. O, həm futbolçu, həm də məşqçi kimi artıq özünü sübut edib. Klubumuz bu hadisəni dəstəkləmir. Düşünürəm ki, hadisə azarkeşlə Qurban müəllim arasında yaranmış anlaşılmazlıq olub. Bizim baş məşqçiyə qarşı da belə hallar olur. Hətta məşqçimiz başqa komandaların oyunlarını izləyəndə də xoşagəlməz hadisələr yaşanır. Düzdür, dava həddinə çatmır. Futbolda hər şey ola bilər. \"Xəzər Lənkəran\" klubu olaraq Qurban Qurbanova futbolçu və məşqçi kimi böyük hörmətimiz var.

milli.az

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня