Hacı Əliyev: "Olimpiya Oyunlarında şanslı olan qalib gəlir" AÇIQLAMA

Hacı Əliyev: "Olimpiya Oyunlarında şanslı olan qalib gəlir" AÇIQLAMA

"Olimpiya Oyunlarında fiziki güclü yox, daha çox şanslı olan qalib gəlir". SİA-nın məlumatına görə, bunu "Rio-2016" Yay Olimpiya Oyunlarında bürünc medala sahib olan Azərbaycan güləşçisi Hacı Əliyev Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbəti zamanı deyib.

O bir çox güclü idmançının "Rio-2016"da məğlub olduğunu bildirib: "Mən də daxil olmaqla, bir çox güclü idmançı bu Olimpiya Oyunlarında məğlub oldu. Mən rəqibim Gürcüstan təmsilçisinə uduzacağıma inanmazdım. Çünki ona qalib gələcəyimə dair güclü hissim var idi. Amma olmadı. Olimpiya Oyunlarında həmişə belə sensasiyalar baş verir. Ən əsası odur ki, "Rio-2016"nı medalsız başa vurmadım".

Bütün xəbərlər Facebook səhifəmizdə