Taekvondoçumuz “Rio-2016”da bürünc medal qazanıb FOTOLAR

Taekvondoçumuz “Rio-2016”da bürünc medal qazanıb FOTOLAR

Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani XXXI Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurub. SİA-nın məlumatına görə, 80 kq çəki dərəcəsində mübarizə aparan M.Beigi Harçeqani bürünc medal uğrunda döyüşdə Avropa çempionatının mükafatçısı, polşalı Pyotr Pazinskiyə 12:0 hesabı ilə qalib gəlib.

"Rio-2016"nın 14-cü günündə mübarizəyə qoşulan Milad Beigi Harçeqani 1/8 final mərhələsindəki ilk görüşündə son iki dünya çempionatının mükafatçısı Mali idmançısı İsmael Kulibalini 13:6 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. İdmançımız növbəti mərhələdə son dünya çempionatının qalibi, iranlı Mehdi Xodabaxşiyə 17:5 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə adlayıb. Yarımfinal mərhələsində britaniyalı Lutalo Muhammada 7:12 hesabı ilə məğlub olan Milad Beigi Harçeqani "Rio-2016"nın bürünc medalı uğrunda mübarizə aparıb. O, həlledici görüşdə inamlı qələbə qazanaraq "Rio-2016"da Azərbaycan millisinin aktivinə növbəti bürünc medalı yazdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə