Taekvondoçularımız yarımfinalda

Taekvondoçularımız yarımfinalda

Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışları davam edir. Qol.az-ın məlumatına görə, ölkəmizi təmsil edən Milad Beiqi Harçeqani və Fəridə Əzizova bu gün mübarizəyə qoşulub.

Kişilər, 80 kq

80 kq çəki dərəcəsində çıxış edən Milad Beiqi Harçeqani mübarizəyə 1/8 finaldan start verib. Onun ilk rəqibi malili İsmael Koulibali olub. Rəqibinə 13:6 hesabı ilə qalib gələn idmançımız 1/4 finala yüksəlib.

Harçeqani 1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gəlib. Bütün raundlarda rəqibindən üstün olan təmsilçimiz 17:5 hesablı qələbə ilə adını yarımfinala yazdırıb.

Qadınlar, 67 kq

Qadınların yarışında ölkəmizi təmsil edən Fəridə Əzizova (67 kq) 1/8 finalda amerikalı Peyc Makferson ilə qarşılaşıb. London Olimpiadasının gümüş medalçısına 6:5 hesabı ilə qalib gələn idmançımız 1/4 finala yüksəlib. Taekvondoçumuz 1/4 finalda Niqora Tursunqulova (Özbəkistan) ilə qarşılaşıb və 5:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Qeyd edək ki, taekvondo komandamızın heyətində Patimat Abakarova (49 kq) Olimpiya Oyunlarını bürünc medalla başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə