SSRİ-nin ilk Olimpiya çempionu 88 yaşında vəfat etdi

SSRİ-nin ilk Olimpiya çempionu 88 yaşında vəfat etdi

Keçmiş SSRİ-nin ilk olimpiya çempionu Nina Ponomaryova 88 yaşında vəfat edib. TASS-ın yaydığı xəbərə görə, o, 1952-ci ildə Helsinki Yay Olimpiadasında disk atma üzrə qızıl medal qazanıb. Nina Ponomaryova 1956-cı ildə Melburn olimpiadasında bürünc, 1960-cı ildə Roma olimpiadasında isə yenidən qızıl medal qazanıb. Qeyd edək ki, N.Ponomaryova keçmiş SSRİ-nin səkkizqat çempionudur. O, dəfələrlə dünya, 1954-cü ildə isə Avropa çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə