İqor Getman: "Zaur Tağızadənin komandadan getdiyi haqqında xəbərlər yanlışdır"

İqor Getman: "Zaur Tağızadənin komandadan getdiyi haqqında xəbərlər yanlışdır"
Bəzi mətbuat orqanlarında "Neftçi"nin əvəzedici heyətinin məşqçisi Zaur Tağızadənin komandadan getdiyi barədə xəbərlər dərc olunub. Siasport.az saytı xəbər verir ki, əvəzedici komandanın baş məşqçisi İqor Getman bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib. Gənc mütəxəssis bu xəbərin həqiqətə uyğyn olmadığını bir daha vurğulayıb: "Zaur Tağızadə "Neftçi"nin əvəzedici heyətinin məşqçisidir və hazırda bu vəzifəni yerinə yetirir. Onun komandadan getməsi haqqında xəbərlər yanlışdır. Tağızadə məşqçilər korpusu ilə birgə "Neftçi"nin növbəti oyunu üçün hazırlıqda yaxından iştirak edir".

Bütün xəbərlər Facebook səhifəmizdə