Kaxaber Mjavanadzenin 2-ci sarı vərəqəsi ləğv edildi

Kaxaber Mjavanadzenin 2-ci sarı vərəqəsi ləğv edildi
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırırıq:

Azərbaycan Premyer Liqasının XXVI turunun "İnter" – "Neftçi" matçının 85-ci dəqiqəsində "İnter" klubunun 88 №-li futbolçusu Kaxaber Mjavanadze əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin oyunun videoyazısına baxıldığı zaman futbolçunun bilərəkdən əllə oynamadığı aşkarlanmışdır. Bu səbəbdən də futbolçuya 85-ci dəqiqədə göstərilən sarı vərəqə ləğv edilir. Oyundan sonra "İnter" klubunun baş məşqçisi Kaxaber Tsxadadze mətbuat konfransında iştirak etmədiyi üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 64).


Azərbaycan Premyer Liqasının XXVI turunun "Gəncə" – "Muğan" matçında "Gəncə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 40). Oyunun 83-cü dəqiqəsində "Gəncə" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 53).

Azərbaycan Premyer Liqasının XXVI turunun "Qarabağ" – "Xəzər Lənkəran" matçının 85-ci dəqiqəsində "Xəzər Lənkəran" və "Qarabağ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün hər iki klub 2000 (iki min) manat cərimə olunur (maddə 53). Oyunun 90-cı dəqiqəsində "Xəzər Lənkəran" klubunun 5 №-li futbolçusu Diego Souza kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 48).

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun "Xəzər Lənkəran" – "Simurq" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40).

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun "İnter" – "Neftçi" matçının 64-cü dəqiqəsində "İnter" klubunun 17 №-li futbolçusu Aleksandr Qross rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 (bir min) manat cərimə olunur (maddə 42.1).


Azərbaycan I divizionunun XXI turunun "Sumqayıt" – "Şahdağ" matçında "Sumqayıt" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40). Oyunun 69-cu dəqiqəsində "Şahdağ" klubunun 11 №-li futbolçusu Yusif Yusifzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 37.1).

Yarışlarda iştirak etmək üçün klubların lisenziyalaşdırılması qaydaları üzrə nəzərdə tutulmuş sənədlərin ilkin təqdimetmə tarixindən idman, infrastruktur, kadr-inzibati, hüquqi və maliyyə meyarları üzrə aşağıda adları göstərilən klublar AFFA-nın Lisenziyalaşdırma qrupuna gecikmələrlə təqdim etmişlər. Bu səbəbdən də "Abşeron" klubu (15 gün ) – 15000 manat, "Bakılı" klubu (6 gün) – 6000 manat, "Gəncə" klubu (6 gün) – 6000 manat, "Rəvan" klubu – (6 gün) 6000 manat cərimə olunur (maddə 92).a

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня