ŞOK! Azərbaycan idmançısının Avropa çempionatında rekord nəticələrini və qızıl medalını ləğv etdilər-YENİLƏNİB

ŞOK! Azərbaycan idmançısının Avropa çempionatında rekord nəticələrini və qızıl medalını ləğv etdilər-YENİLƏNİB
Rusiyanın Kazan şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Siasport.az saytı xəbər verir ki, Azərbaycan idmançılarından ilk olaraq mübarizəyə 56 kq-da yeni legionerimiz Valentin Xristov qoşulub və ilk cəhdindəcə rekorda imza atıb. Belə ki o (birdənqaldırmada 115 kq, təkanlaqaldırma 147 kq) 262 kq çəkini ram edib. Bu isə qitə yarışlarında U-17 üçün yeni rekordun qeydə alınması ilə nəticələnib. Birincilikdə rəqibləri arasında yaşına görə ən kiçik olan idmançımız birdənqaldırmada və təkanlaqaldırmada da Avropanın yeni rekordçusuna çevrilib. B qrupunda çıxış etməsinə baxmayaraq, sonradan onun qaldırdığı nəticə mötəbər yarışlarda az-az yaşanan hadisə ilə nəticələnib. Belə ki, bolqar əsilli həmyerlimizin qaldırdığı çəki onun həm də qızıl qazanmasına gətirib çıxarıb. Makedoniyalı Oleq Sirxi də eyni nəticə göstərsə də, onun çəkisi Xristovdan cüzi çox olub ki, belədə Azərbaycan idmançısı qalib tərəf sayılıb. Amma bu sevinc uzun sürməyib. Qeyri-müəyyən səbəbdən idmançımızın bütün nəticələri ləğv edilib.


Daha sonra isə səbəb məlum olub. Azerisport.az saytı xəbər verir ki, Bolqarıstan Ağır Atletika Federasiyası Xristova Azərbaycan üçün çıxış etməyə icazə verməyib. Bir həftə öncə Bolqarıstan Ağır Atletika Federasiyasının prezidenti Anton Kocabaşev Avropa çempionatının təşkilatçılarını Xristovun başqa ölkənin şərəfini qorumaq hüququnun olmadığı məlumatlandırıbmış. Sonra Kocabaşev Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanla telefon söhbəti edib. Düzdü, Kocabaşev bir həftə əvvəl Bolqarıstan Ağır Atletika Federasiyasının prezidenti postundan kənarlaşdırılıb. Belədə onun qərarlarının heç bir hüquqi əhəmiyyət daşımadığı məlumdu.

Bunu nəzərə alaraq, Azərbaycan Ağır Atletika Federasiyası dərhal Avropa və dünya Ağır Atletika Federasiyalarının rəhbərləri ilə əlaqə yaradıb. Bizim federasiya Bolqarıstan Ağır Atletika Federasiyasının prezidenti olmadığından Xristovun Azərbaycan tərəfindən çıxış etməyə heç kimin yasaqlamağa vəkalətinin olmadığını izah edib. Həmçinin bolqarıstanlı aprelin 6-da Azərbaycan pasportu alıb. İclasda idmançının şəxsi məşqçisi Zlatan Vanev də iştirak edib. Azərbaycan həmçinin Xristovun qızıl medallarının qaytarılmasını da tələb edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com