Azərbaycan idmançıları pençak silat üzrə beynəlxaq turnirdə iştirak edəcəklər

Azərbaycan idmançıları pençak silat üzrə beynəlxaq turnirdə iştirak edəcəklər
Aprelin 16-dan 18-dək Fransada pençak silat üzrə beynəlxaq turnir keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarışda ölkəmizin idman şərəfini Azərbaycan Sindo-ryu və Pençak Silat Federasiyasının vitse-prezidenti, yığmanın baş məşqçisi Abbas Hümbətovun rəhbərliyi ilə 6 idmançı qoruyacaq. Kişilər arasında Məqami Bayramov, Əmrah Orucov mübarizə aparacaqlar. Yeniyetmə və gənclər arasında isə Anar Əhmədli, Rəsul Hümbətli, Orxan Hümbətov qüvvələrini sınayacaqlar. Qadın nümayəndəmiz isə Nuranə Soltanovadır. 14 ölkənin təmsil olunduğu bu yarışda döyüşçülərimizin əsas rəqibləri İsveçrə, Belçika, Almaniya, Fransa, Rusiya, İngiltərə, İspaniya, Danimarka və digər ölkələrin idmançıları olacaqlar.

Baş məşqçi Abbas Hümbətovun sözlərinə görə, Fransada keçirilən beynəlxalq turnir iyunun 15-dən 21-dək Sinqapurda yeniyetmə və gənclər arasında təşkil olunacaq dünya birinciliyinə iştirak hüququ qazandıracaq. Bu yarışda yer tutacaq böyükyaşlı idmançılar isə sentyabrda İndoneziyada keçiriləcək Asiya Oyunlarında iştirak etmək hüququ əldə edəcəklər.

Qeyd edək ki, bu il idmançılarımız bir neçə mötəbər yarışın iştirakçısı olacaqlar. Əsas yarışlardan biri- sindo-ryu üzrə dünya çempionatı mayın 9-dan 16-dək Ukraynada keçiriləcək. Sentyabrda isə paytaxtımız ilk dəfə pençak silat üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com