“Abşeron” etiraz bəyanatı yaydı

“Abşeron” etiraz bəyanatı yaydı

Ötən gün fanat.az saytı \"Bakı\" klubunun sabiq baş məşqçisi Cüneyt Biçərin ölkəmizə qayıdacağı barədə məlumat yaymışdı. Siasport.az saytı xəbər verir ki, Türkiyədən fanat.az-a verilən xəbərdə Biçərin Premyer Liqa klublarından biri ilə anlaşdığı deyilirdi. Daha sonra onun yenicə Premyer Liqaya vəsiqə qazanan \"Abşeron\"la anlaşdığı barədə xəbərlər yayıldı. Türk mütəxəssis özü fanat.az-a müsahibəsində \"Abşeron\"la danışıq aparmasını dolayısı yolla təsdiq etdi.

Lakin bu gün bəyanat yayan \"Abşeron\" xəbəri təkzib edib. "Abşeron" klubunun bəyanatını olduğu kimi nəzərinizə çatdırırq: ""Abşeron" futbol klubu bəzi mətbuat orqanlarında türk mütəxəssisi Güneyt Biçərin yaxın vaxtlarda komandanın baş məşqçisi postuna gətiriləcəyilə bağlı məlumatlara münasibət bildirərək bəyan edir ki, yayılan informasiyalar həqiqəti əks etdirmir. "Abşeron"un baş məşqçisi Mirbağır İsayevlə uzunmüddətli əməkdaşlıq barədə razılaşma mövcuddur və bu barədə klubun prezidenti Yaşar Rüstəmov yaxın günlərdə ölkə mətbuatına verdiyi müsahibələrində xüsusi vurğulayıb. Bundan başqa klubun prezidenti media nümayəndələrinə müraciət edərək "Abşeron" barədə yer alan şaiyə xarakterli informasiyaları klub rəsmilərindən dəqiqləşdirməyi xahiş edib. Güneyt Biçərin "Abşeron"a gəlişiylə bağlı "fanat.az" saytında gedən müsahibəyə gəldikdə öz tərəfimizdən bildiririk ki, klub rəsmilərindən heç kim türk mütəxəssislə qarşılıqlı əməkdaşlıq barədə heç bir danışıqlıqlar aparmayıb və bu yaxın perespektivdə heç nəzərdə də tutulmayıb. "Abşeron" FK baş məşqçi Mirbağır İsayevlə uğurlu iş birliyindən məmnundur və bu birgə əməkdaşlığı inikişaf etdirməkdə maraqlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə