UEFA reytinqində xalımız 2,750-ə çatıb

UEFA reytinqində xalımız 2,750-ə çatıb

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. SİA-nın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin dünən keçirilən 21 oyunundan sonra siyahıda müəyyən dəyişiklik olub.

"Qəbələ"nin "Maribor"a qalib gəlməsi (3:1) ölkəmizə 0.250 xal qazandırıb. Bununla da cari mövsüm toplanan xalımız 2,750-ə çatıb.

Son 5 mövsümün nəticələrinə görə 16,250 xalı olan Azərbaycan 24-cü pillədəki yerini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə