\"Xəzər Lənkəran\"ın idmançısı cüdo yarışında birinci oldu

\"Xəzər Lənkəran\"ın idmançısı cüdo yarışında birinci oldu
"Xəzər Lənkəran" Futbol Klubu nəzdində fəaliyyət göstərən idman klubu növbəti medalını qazanıb. Siasport.az saytı xəbər verir ki, Bakı şəhərində keçirilmiş və Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnirdə klubun idmançısı podiumun ən yüksək pilləsinə çıxmağa nail olub. Bundan öncə keçirilən yarışlarda da uğurla çıxış etmiş cüdoçu Fəridə Həsənxanova adıçəkilən turnirdə 52 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyib qızıl medala sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə