"Qarabağ" hazırlıqlara başladı

"Qarabağ" hazırlıqlara başladı
"Qarabağ" klubu "Bakı" ilə oyunun hazırlıqlarına başlayır. Siasport.az saytı xəbər verir ki, bazar günü "Xəzər-Lənkəran"la qarşılaşan komanda dünən yüngül çalışma yerinə yetirib. "Sərin" İdman Kompleksində baş tutan çalışma 1 saat davam edib. Bərpaedici xarakter daşıyan çalışmanın ardından bu gün komanda günü tək məşqlə keçirəcək. Aprelin 16-sı "Bakı"nın qonağı olacaq Ağdam təmsilçisi Suraxanı qəsəbə stadionunda çalışmasına 17:00-da start verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə