"Rio-2016" Yay Olimpiya Oyunlarında atletikanın 200 metrə qaçış yarışlarında qaliblər müəyyənləşib. SİA-nın məlumatına görə, yarışın final mərhələsində yamaykalı sprinter Usein Bolt 19.78 san nəticə ilə birinci olub. 31 yaşlı idmançı bununla da 2-si "Rio-2016"da olmaqla, olimpiya medallarının sayını 8-ə yüksəldib.
Kanadalı Andre de Qrasse 20.02 san nəticə ilə gümüş, fransız Kristof Lemaitre isə 20.12 san nəticə ilə bürünc medal qazanıb.
Rio-de-Janeyrodakı Olimpiya stadionunda keçirilən yarışda Türkiyəni təmsil edən Ramil Quliyev finaldakı 8 iştirakçı arasında sonuncu olub. O 20,43 san nəticə göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB