Volkan Dəmirəl “Fənərbaxça”nı artıq çempion sayır

Volkan Dəmirəl “Fənərbaxça”nı artıq çempion sayır

İstanbulun "Fənərbaxça" futbol klubunun və futbol üzrə Türkiyə mili komandasının qolkiperi Volkan Dəmirəl jurnalistlərə bildirib ki, "Eskişehirspor" klubunu məğlub edərək əsas rəqibləri olan turnir cədvəlinin hazırkı lideri "Trabzonspor" klubu ilə xal fərqinin artmasına yol verməmələri, olduqca önəmli məsələdir. Qarşıdakı oyunlarda var gücləri ilə mübarizəyə atılacaqlarını deyən V.Dəmirəl əlavə edib ki, "Fənərbaxça"nın bu il çempion olması üçün bütün komanda səfərbər olub: "Biz yaxşı başa düşürük ki, çempionluq şansı artıq bizdən daha çox asılıdır. Çünki "Trabzonspor"un bircə məğlubiyyəti, bizim çempionluğumuzu rəsmiləşdirməyimiz üçün yetərlidir. Ona görə də hər kəs qarşıdakı 4-5 qarşılaşmanı da qələbə ilə başa vurmaq üçün səfərbər olunub."-deyə V.Dəmirəl fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə