Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. SİA-nın məlumatına görə, güləş yarışlarının 6-cı günündə 57 və 74 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. Bu gün Azərbaycanın 2 güləşçisi xalça üzərinə çıxacaq. Onlar Hacı Əliyev və Cəbrayıl Həsənovdur. H.Əliyev 57, C.Həsənov 74 kq-da mübarizə aparacaq.
57 kq
1/8 final - Hacı Əliyev - Junsik Yun (KOR) (C xalçası)
74 kq
1/8 final - Carlos Arturo İzquierdo Mendez (COL) - Cəbrayıl Həsənov (C xalçası)
Qeyd edək ki, ilk görüşlər Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB