Mirça Luçesku “Barselona”dan çəkinir

Mirça Luçesku “Barselona”dan çəkinir

Ukraynanın "Şaxtyor" futbol klubunun baş məşqçisi Mirça Luçesku dünən Donetskdə keçirdiyi mətbuat konfransında bəyan edib ki, bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində görüşəcəkləri İspaniyanın "Barselona" klubunu turnirdən kənarlaşdırmaq imkanları mümkünsüzdür. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbol mütəxəssisi "Barselona"nın oyun qurmaq və texniki imkanlar baxımından onlardan qat-qat güclü olduqlarını bildirərək əlavə edib ki, onlar yalnız və yalnız bu ali turniri qələbə ilə tərk etmək barədə düşünürlər.O bildirib ki, "Şaxtyor" bu ali turnirin fovaritini Donetskdən əliboş yola salmaqla Çempionlar Liqasında mübarizə aparmağa layiq olduğunu sübut edəcək. M.Luçesku əlavə edib ki, o "Barselona"nın Çempionlar Liqasının finalına qədər irəliləyəcəyinə əmindir.

Bütün xəbərlər Facebook səhifəmizdə