Almaniya Budesliqasının flaqman klubu olan \"Bayern Münhen\"in forvardı Arien Robben hakim qəzəbinə tuş gəlib. Siasport.az saytı xəbər verir ki, \"Bayern Münhen\"in \"Nürnberq\"lə qarşılaşmasından sonra hakimə yaxınlaşaraq təhqir dolu ifadələr işlədən A.Robben, Almaniya Futbol Federasiyası (AFF) tərəfindən iki oyunluq cəza alıb. Amma \"pivəçilər\"in forvardı bununla da canını qurtara bilməyib. Çünki, AFF futbolçunun eyni zamanda 15 min avro cərimələnməsi barədə də qərar çıxarıb. Alman klubunun mediya üzrə direktoru Markus Hörvick klubun A.Robbenə verilən cəzanı qəbul etdiklərini də diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB