Kamran Şahsuvarlı: "Nəticəmdən razıyam" AÇIQLAMA

Kamran Şahsuvarlı: "Nəticəmdən razıyam" AÇIQLAMA

"Əvvəlcə zərbə buraxmamaq üçün müdafiəyə üstünlük verdim. Birinci hissənin sonuna qədər qələbə qazanacağıma inanırdım. İkinci raundun əvvəlində məşqçilər "uduzursan" dedikdən sonra bir az inamımı itirdim". SİA-nın məlumatına görə, bunu "Rio-2016" Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan boksçusu Kamran Şahsuvarlı (75 kq) Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında deyib.

O qeyd edib ki, rəqibi hazırda çıxış etdiyi çəkidə ən güclü idmançı sayılır: "Döyüş mənim üçün bir az alınmadı. Rəqibə yaxınlaşa bilmirdim. Mübarizəni davam etdirən Sotomayora uğurlar arzu edirəm. Onun finala çıxmasını çox istəyirəm. Mən öz nəticəmdən razıyam".

Bütün xəbərlər Facebook səhifəmizdə