Cudo üzrə XXXIV Beynəlxalq Bakı Turniri başa çatıb

Cudo üzrə XXXIV Beynəlxalq Bakı Turniri başa çatıb

İki dəfə Sovet İttifaqı Qəhramanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə XXXIV Beynəlxalq Bakı turniri başa çatıb. Siasport.az saytı xəbər verir ki, turnirdə Azərbaycan idmançıları ilə bərabər, Türkiyə, Rusiya, İran və Gürcüstanın yeniyetmə cüdoçuları (ümumilikdə 200-ə yaxın tatami ustaları) mübarizə aparıblar.

Turnirin ilk günündə yarışa qatılan xarici ölkələrin nümayəndə heyəti ilə birgə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, iki dəfə Sovet İttifaqı Qəhramanı general-mayor H.Aslanovun nəvəsi polis general-mayoru Həzi Aslanov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Cüdo Federasiyasının vitse-prezidenti Nəbi Şükürlü, Cüdo Federasiyasının və Baş İdarənin kollektivi saat 15.00-da ümummilli lider Heydər Əliyevin məzarının önünə və iki dəfə Sovet İttifaqı Qəhramanı general-mayor H.Aslanovun heykəlinin önünə gül dəstləri qoyub, əziz xatirələrini yad ediblər.

Bundan sonra saat 17.00-da turnirin təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Cüdo Federasiyasının vitse-prezidenti Nəbi Şükürlü və iki dəfə Sovet İttifaqı Qəhramanı general-mayor H.Aslanovun nəvəsi polis general-mayoru Həzi Aslanov hər il ənənəvi olaraq keçirilən bu turnirin cüdonun inkişafı üçün önəmli yer tutmasından, turnirin ildən-ilə daha da maraqlı keçirilməsindən və s. kimi məsələrdən danışıb, idmançılara uğurlar arzulayıblar. Mərasimin bədii hissəsindən sonra oğlanlar və qızlar arasında final görüşləri keçirilib.

-36 kq

1.Əliyeva Leyla (AZE)

2.Abdulova (AZE)

-46 kq

1. Cəbiyev Kamil (AZE)

2. Qurbanov Natiq (AZE)

3. Xmelidze Giorgi (GEO)

3. Heydərzadə Cahid (AZE)

-40 kq

1.Kələş Mervə

2.Quliyeva Feridə (AZE)

3.Dəmirova Vüsalə (AZE)

-50 kq

1. Abbasov Elnur (AZE)

2. Həsənov Xəzər (AZE)

3. Tağızadə Rüfət (AZE)

3. Babazadə İlkin (AZE)

-44 kq

1. Əliyeva Nargilə (AZE)

2. Bacur Rabiyə (TR)

3. Bulud Zərha (TR)

3. Mustafayeva Zöhrə (AZE)

-55 kq

1. Yəhyayev Kamran (AZE)

2. İsmayılov Rüfət (AZE)

3. Ağayev Elvin (AZE)

3. Qazıxanov Raul (AZE)

-48 kq

1. Həsənxanova Fidam (AZE)

2. Babayeva Şəhla (AZE)

3. Rocava Liya Gürcüstan

3. Mirzəzadə Validə (AZE)

-60 kq

1. Quluzadə Fəqan (AZE)

2. Khorbani Araş İran

3. Babayev Pərvin (AZE)

3. Nəsibli Eyvaz (AZE)

-52 kq

1. Həsənxanova Fəridə (AZE)

2. Şotadze Quranda (GEO)

3. Paşazadə Təhminə (AZE)

3. Əhmədova Oksana (AZE)

-66 kq

1. Əliyev Əli (AZE)

2. Şeydbəyov Nurlan (AZE)

3. Liparteliani Jaba (GEO)

3. Baqışvili İrakli( GEO)

-57 kq

1. Xəlili Nəzakət (AZE)

2. Tsikheleşvili Mariyam(GEO)

3. Quliyeva Nərgiz (AZE)

3. Janaşvili Mariam (GEO)

-73 kq

1. Əhədov Ruhin (AZE)

2. Nəbiyev Nicat (AZE)

3. Şərbəli Vasif (AZE)

3. Şöyübov Kamran (AZE)

-63 kq

1. Bəşiroğlu Kübrə (TR)

2. Mindaişvili Ani (GEO)

3. Quliyeva Nərgiz (AZE)

3. Janaşvili Khatya (GEO)

1. Bağəliyev Mürsəl (AZE)

-81 kq

1. Zirakadze Amiran (GEO)

2. Əhmədov Sənan (AZE)

3. Murtuzayev Samir (AZE)

-70 kq

1. Nabatoğlu Büşrə (TR)

2. Özkaya Çiydəm (TR)

3. Tökdəmir Əminə (TR)

3.Əməl Yayla(TR)

-90 kq

1. Dzitzenidze Beka (GEO)

2. Həsənzadə Eşqin (AZE)

3. Arifkoç Mühamməd (TR)

3. Kuxianidze Bakari (GEO)

+70 kq

1. Temel Gözde(TR)

2. Kərimova Səbinə(AZE)

3.Əlizadə Nərmin(AZE)

4.Qabişoviya Ani(GEO)

+90 kq

1. Minikaşvili Otari(GEO)

2. Axundzadə Əli(AZE)

3.Abbasov Eldar(AZE)


Azərbaycan komanda hesabında birinci, Türkiyə ikinci, Gürcüstan üçüncü və İran komandası beynəlxalq turnirin dördüncüsü olub.

Turnirdə I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com