Natalya Sinişin ilk görüşündə məğlub olub

Natalya Sinişin ilk görüşündə məğlub olub

"Rio-2016" Yay Olimpiya Oyunlarının qadın güləşi yarışlarında Azərbaycan təmsilçisi Natalya Sinişin ilk görüşündə məğlub olub. SİA-nın məlumatına görə, o, 63 kq çəki dərəcəsində 3 qat olimpiya və 13 qat dünya çempionu, yaponiyalı Saori Yoşida ilə qarşılaşıb. Görüş 0:4 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Qeyd edək ki, yapon idmançı finala qədər irəliləyə bilsə, təmsilçimiz bürünc medal uğruda mübarizə aparmaq imkanı əldə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə