Berti Foqts "Neftçi"nin məşqini izləyib

Berti Foqts "Neftçi"nin məşqini izləyib

Azərbaycan Premyer Liqasının lideri "Neftçi" PFK növbəti turun hazırlığına başlayıb. Siasport.az saytı xəbər verir ki, çempionatın 27-ci turu çərçivəsində aprelin 17-də AZAL-la qarşılaşacaq flaqman klubun bazasında məşq edib. "Ağ-qaralar"ın hazırlığını Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da izləyib.

Qeyd edək ki, məşqdə yalnız hücumçu Bahodir Nasimov iştirak edə bilməyib. Belə ki, "İnter"lə matçda zədə alan özbəkistanlı legioner məşqi kənardan izləyib. Digər zədəli futbolçu Paulius Qribauskas isə yüngül məşqlərlə kifayətlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə