"Rio-2016" Yay Olimpiya Oyunlarının qadınlar arasında birnəfərlik qayıqla (K-1) 500 metr məsafəyə kayak yarışlarına yekun vurulub. SİA-nın məlumatına görə, yarışlarda Azərbaycan təmsilçisi İnna Ospienko-Radomskaya da mübarizə aparıb. İdmançımız final mərhələsində finişi sonuncu keçib. Çempion Macarıstan təmsilçisi Danuta Kozak (1:52 saniyə) olub. Emma Yorqensen (Danimarka) gümüş, Lisa Karrinqton (Yeni Zelandiya) bürünc medal qazanıb.
Xatırladaq ki, İnna Ospienko-Radomskaya qadınlar arasında birnəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə yarışlarda bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB