Tahir Süleymanov İbrahim Üzülməzlə danışıqlar aparmadıqlarını bildirdi

Tahir Süleymanov İbrahim Üzülməzlə danışıqlar aparmadıqlarını bildirdi

\"Ankaragücü\" səfərində İbrahim Toramana yumruq atdığı üçün komandadan qovulan İbrahim Üzülməz karyerasını \"Neftçi\"də davam etdirə bilər. Siasport.az saytı xəbər verir ki, bu barədə Türkiyə mətbuatında xəbər yayımlanıb. Xəbərə görə, təcrübəli futbolçu paytaxt klubundan təklif alıb. Ancaq Üzülməz bu təklif qarşısında qərarsız qalıb və düşünməsi üçün vaxt istəyib.

Bu üzdən İstanbul klubunun rəhbərliyi ilə görüşən oyunçu \"Neftçi\"dən təklif aldığını bildirib. Rəhbərlik isə ona belə cavab verib: \"Mövsümün sonunda sənə yubiley matçı təşkil edəcək, sonra da A2 komandanın baş məşqçisi təyin edəcəyik. Ancaq başqa bir kluba keçərsən, bu plan baş tutmaz\".

Yayılan məlumatla bağlı \"Neftçi\"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Əşrəfoğlu futbolpress.az saytına açıqlamasında deyib: \"İbrahim Üzülməz karyerasını bitirsə yaxşıdı. Klubumuz bu futbolçuyla heç bir danışıq aparmayıb\".

Klubun vitse-prezidenti Tahir Süleymanov isə açıqlama verərək xəbəri təkzib edib: \"Qətiyyən belə bir şey yoxdu. İbrahim Üzülməzlə heç bir danışıq-filan olmayıb. Hətta təklif belə olmayıb. Bu, yəqin hansısa menecerin reklam xatirinə ortalığa atdığı informasiyadı və təəssüf ki, sürətlə yayıldı. Əmin edirik, klub nəinki İbrahim, ümumiyyətlə heç bir futbolçuyla hələ ki danışıqlar aparmır\".

Bütün xəbərlər Facebook səhifəmizdə