Sabri Sarıoğlu komanda yoldaşlarını ittiham etdi!

Sabri Sarıoğlu komanda yoldaşlarını ittiham etdi!
İstanbulun "Qalatasaray" klubunun "Trabzonspor"la keçirilən qarşılaşmada ard-arda 15-ci məğlubiyyətini alması və turnir cədvəlində 14-cü yerə yuvarlanması, klubun futbolçularını da dilə gətirib. "Qalatasaray"ın forvardlarından olan Sabri Sarıoğlu "Trabzonspor"la qarşılaşmadan sonra jurnalistlərə bildirib ki, onlar "Qalatasaray"ın bu vəziyyətinə görə xəcalət çəkirlər:
"Komandanı bu duruma biz gətirdik. Hər şey üçün biz məsuliyyət daşıyırıq. Türkiyənin ən böyük klubunun, Avropanın diqqətində olan bir komandanın turnir cədvəlində 14-cü sırada olması rüsvayçılıqdır. Buna görə xəcalət çəkirik. Qəti olaraq bildirirəm ki, komandadakı bəzi futbolçular öz potensiallarının 100 faizini ortaya qoymurlar. Bir neçəsi isə baş girləməklə məşğuldurlar. Bu, yolverilməzdir. Azarkeşlərimizdən üzr istəyirik və qalan 5-6 qarşılaşmada ancaq və ancaq "Qalatasaray"ın qüruru üçün, onun şərəfi üçün meydana çıxacaqıq"-deyə türkiyəli futbolçu fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə