Zlaton İbrahimoviç "Milan"ı çətin vəziyyətdə qoyub

Zlaton İbrahimoviç "Milan"ı çətin vəziyyətdə qoyub

İtaliyanın "Milan" futbol klubunun isveçrəli ulduzu Zlaton İbrahimoviç "Fiorentino" klubu ilə qarşılaşmada qırmızı vərəqə görməsi ucbatından qarşıdakı oyunlarda "Milan"a kömək edə bilməyəcək. Siasport.az saytı xəbər verir ki, həmin qarşılaşmada kobud oyunu ilə hakimi əsəbiləşdirən Z.İbrahimoviç, bunun nəticəsi kimi qarşılaşmanın 87-ci dəqiqəsində meydandan qovulub. Milan təmsilçisinin çempionluq uğrunda mübarizə apardığını və qarşıdakı turlarda çətin rəqiblərlə görüşəcəyini nəzərə alsaq, bu zaman Silvio Berluskoninin komandasının hansı çətinliklə üzləşəcəyini təyin etmək çətin deyil. Z.İbrahimoviç, "Milan"ım hücum xətti üçün mühüm fiqur sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə