Mirbağır İsayev evəzedicilərdən əsas komandaya futbolçu gətirəcək

Mirbağır İsayev evəzedicilərdən əsas komandaya futbolçu gətirəcək

Şağandakı Olimpiya İdman Kompleksinin yaşıl meydançasında hal-hazırda burada təlim-məşq prossesi keçən 17 yaşlılardan ibarət Azərbaycan Milli Komandası "Abşeron"un əvəzedici heyətiylə yoldaşlıq görüşündə qüvvəsini sınadı. Siasport.az saytı xəbər verir ki, "Abşeron" komandasının əvəzedici heyəti bütövlüklə 17 yaşlı futbolçulardan təşkil olunub. Bu baxımdan matçı yaşıdların mücadiləsi kimi də, dəyərləndirmək olar. Olduqca maraqlı idman mübarizəsi şəraitində keçən oyun 1:1 hesablı bərabərliklə başa çatdı. Birinci hissədə təşəbbüsə malik olan milli komanda hesabı açdı. Komandlar ilk fasiləyə baş məşqçi Təbriz Həsənovun yetirmələrinin minimal hesablı üstünlüyü ilə yollandılar. Lakin fasilədən sonra matçın xarakteri tamamilə dəyişdi. "Abşeron" futbolçuları ilk hissəyə nisbətən tam fərqlı oyun sərgiləyərək üstünliyə yiyələndilər. Bütün hissə boyu oyunu meydanın rəqiblərə aid hissəsində keçirən abşeronlular bərabərlık qolunu vurmağa müvəffəq oldular. Matç 1:1 hesablı bərabərliklə başa çatdı.

Oyundan sonra "Abşeron"un əvəzedici heyətinin baş məşqçisi Vaqif Paşayevin fikirləri: "Matçın gedişindən tam razı qaldım. Bildiyiniz kimi bizim əvəzedici heyət tam olaraq 17 yaşlı futbolçulardan formalşıb və həvəskarlar liqasında çıxış edir. Lakin hal-hazırda liqa oyunlarında böyük fasilə yaranıb. Futbolçularımız uzun müddət oyun praktikasının azlığından əziyyət çəkirdilər. Elə 1-ci hissədəki ehtiyatlı oyunu məhz oyun praktikasının azlığı ilə əlaqələndirirəm. Həm bu, həm də, meydançaya alışmaq baxımından komandamızın oyunuda həyacan hiss olunurdu. Milli komanda da, 1-ci hissədə bizim ehtiyatlı oynamağımızı görüb təşəbbüsü ələ aldı. Lakin bu uzun sürmədi. Futbolçularımız tədricən özlərinə gəldilər. Fasilədən sonra isə demək olar ki, oyun bizm diqtəmiz altında keçdi. Hesabda geri olmağımıza baxmayaraq bərabərlik qolunu vurduq. Hesab edirəm 1:1 ədalətli nəticədir. Ən başlıcası isə oyunu izləyən əsas komandamızın baş məşqçisi Mirbağır İsayev bir neçə futbolçunun çıxışını bəyənərək onları yaxın vaxtlarda 1-ci komandanın məşq prossesinə cəlb edəcəyini bildirdi. Düşünürəm ki, əvəzedici heyətin əsas missiyasının əsas komandaya oyunçu hazırlamaq olduğundan bu bizim üçün həqiqətən də, uğurlu göstəricidir".

U-17-nin baş məşqçisi Təbriz Həsənov da, matçdan razı qaldığını oyunun yetirmələri üçün səmərəlı olduğunu qeyd etdi. "Bir neçə yeni oyunçunu yoxlamaq baxımdan "Abşeron"la sparrinq olduqca əhəmiyyətli oldu. "Abşeron"un oyunu çox xoşuma gəldi. Komandanın heyətində istedadlı uşaqlar var və onların çıxışı diqqət çəkir. Gələcəkdə həmin futbolçuları müxtəlif yaş qrupundan olan miili komandların heyətinə cəlb etmək mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə