UEFA-nın tövsiyəsinə əsasən, klublarda gənclər futbolunun inkişafı proqramının hazırlanması və tətbiq olunması prosesinə milli assosiasiyalar tərəfindən nəzarət mexanizmi təkmilləşdiriləcək. SİA-nın məlumatına görə, bu barədə ətraflı məlumat vermək və fikir mübadiləsi aparmaq məqsədilə AFFA-nın inzibati binasında görüş keçirilib. Görüşdə AFFA-nın texniki direktoru Bernhard Lippert, Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov, Məşqçilər Komitəsinin üzvləri Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Şakir Qəribov, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev və Topaz Premyer Liqası klublarının müvafiq sahəyə cavabdeh nümayəndələri iştirak ediblər.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB