"Rio-2016" Yay Olimpiya Oyunlarının "Carioca Arena"da keçirilən qadın güləşi yarışlarında 48, 58 və 69 kq çəkilərdə qızıl medalları Yaponiya idmançıları qazanıb. SİA-nın məlumatına görə, Kaori İço 58 kq çəkidə rus rəqibi Valeria Koblova Zolobovanı 3:1 hesabı ilə məğlub edərək 4-cü dəfə Olimpiya çempionu adını qazanıb. Sözügedən idmançı tarixdə 4 Olimpiya çempionluğu yaşayan ilk qadın güləşçi olub. Bundan əlavə, 32 yaşlı Kaori İço fərdi müsabiqələrdə ardıcıl 4 Olimpiya qızıl medalı qazanan ilk idmançı adına da yiyələnib.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB