Abramoviç Fernando Torresi satışa çıxarır

Abramoviç Fernando Torresi satışa çıxarır

İngiltərənin \"Çelsi\" futbol klubunun sahibi Roman Abramoviç, mövsümün ortalarında \"Liverpul\" klubundan 50 milyon avroya transfer olunan ispaniyalı futbol ulduzu Fernando Torresi başqa kluba satmaq istəyir. Siasport.az saytı xəbər verir ki, böyük ümidlərlə \"Çelsi\"yə transfer olunan ispaniyalı forvard, gözlənilənlərin əksinə olaraq keçirilən qarşılaşmalarda heç nə ilə yadda qala bilmir. Onun qol vura bilməməsi isə \"zadəganlar\"ın sahibini daha da təlaşa salıb. İngiltərənin \"Dail Mail\" qəzeti yazır ki, artıq klubun menecerləri ilə bu məsələni müzakirə edən R.Abromoviç, mövsüm bitən kimi F.Torresi ispan və ya ingilis klublarına satmaq barədə onlara təlimat verib. Sözsüz ki, klubun ziyana düşməməsi şərti ilə.

Bütün xəbərlər Facebook səhifəmizdə