Uğurunu qeyd edən atlet sərxoş oldu "Rio-2016"da

Uğurunu qeyd edən atlet sərxoş oldu "Rio-2016"da

"Rio-2016" Yay Olimpiya Oyunlarında şüvüllə tullanmada finala vəsiqə qazanan alman atlet Martina Şrutç uğurunu qeyd etmək üçün spirtli içki qəbul etmək qərarına gəlib. SİA-nın məlumatına görə, idmançı Atletlər kəndində Braziliyanın Kaipirina içkisindən istifadə edib. Almaniya millisinin məşqçisi Elberdinq ona xəbərdarlq edib və yalnız su içə biləcəyini deyib. İdmançı "Uzun müddət yatıb dincələrəm", deyərək spirtli içki içməyə davam edib. İçkidən təsirlənən atlet ayaq üstə dayana bilməyib və avarçəkmə üzrə yığma komandanın üzvü Markel Hakerin qucağına yıxılıb. O, otağına M.Hakerin köməyi ilə gedə bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə