Juan Pablo Pino bir daha "Qalatasaray" forması geyməyəcək!

Juan Pablo Pino bir daha "Qalatasaray" forması geyməyəcək!

İstanbulun "Qalatasaray" futbol klubunun "Türk Telekom Arena"da keçirilən qarşılaşmada Türkiyə Superliqasının hazırkı lideri "Trabzonspor"a 0:1 hesabı ilə məğlub olması, baş məşqçi Bülənd Ündəri bərk qəzəbləndirib. Siasport.az saytı xəbər verir ki, Türkiyə Futbol Federasiyasının verdiyi cəza üzündən boş tribunalar qarşısında oynanılan qarşılaşmadan sonra baş məşqçi Juan Pablo Pinonu tənqid atəşinə tutub. Meydanda olduğu zaman heç nə ilə yadda qalmayan bu futbolçunun məsuliyyətsizliyi üzündən məğlub olduqlarını deyən B.Ündər əlavə edib ki, artıq bundan sonra J.P.Pion "Qalatasaray" formasını geyməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə