Tofiq Bəhramov adına Respublika stadionunun istifadəyə verilməsinin 60 illiyi qeyd olunacaq

Tofiq Bəhramov adına Respublika stadionunun istifadəyə verilməsinin 60 illiyi qeyd olunacaq

Bu il sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunun istifadəyə verilməsinin 60 illiyi qeyd olunacaq. Siasport.az saytı xəbər verir ki, bununla bağlı gənclər və idman naziri Azad Rəhimov tədbirlər planının hazırlanması barədə göstəriş verib. Yubileylə bağlı silsilə tədbirlər keçiriləcək.

Tofiq Bəhramov adına respublika stadionunun direktoru Akif İsmayılov bildirib ki, 1948-ci ildə inşasına başlanmış stadion 1951-ci il sentyabrın 16-da istifadəyə verilib. Stadion əvvəlcə Stalinin, sonra Leninin adını daşıyıb, 1993-cü ildən isə Tofiq Bəhramovun adı veriib. Hazırda bolqarıstanlı mütəxəssislərin iştirakı ilə stadionun meydançasında təmir-bərpa işləri həyata keçirilir. Ölkə çempionatının davam etməsi ilə əlaqədar oyunlar təxirə salınmır, matçalarla birgə təmir işləri də görülür. Stadionun işıqlandırma sistemi yenilənir və bu iş aprelin sonunadək davam edəcək. Arenada yeni generatorlar quraşdırılır. Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Almaniya millilərinin oyunundan sonra stadionun oturacaqları dəyişdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə