"Milan" A Seriyasında hegemonluq edir

"Milan" A Seriyasında hegemonluq edir

İtaliya A seriyasında keçirilən qarşılaşmalarda daha çox lider "Milan"ın və zirvəyə can atan "İnter"in keçirəcyi oyunlar maraqla gözlənilirdi. Siasport.az saytı xəbər verir ki, "Milan" olduqca çətin səfər görüşündə A Seriyasinin qocaman və iddialı klublarından olan "Fiorentina" ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada A Seriyasının hazırkı lideri 2:1 hesablı qələbə qazanaraq, əsas rəqiblərinin ümidlərini elə gözlərindəcə qoyub. "Milan"ın əzəli rəqibi olan "İnter" isə, nəhayət ki, qələbənin nə qədər şirin olduğunu dada bilib. "Kiyevo" ilə münasibətlərinə aydınlıq gətirən "İnter", rəqibini 2:0 hesabı ilə məğlub edərək azarkeşlərini sevindirib. Xatırladaq ki, əvvəlcə Çempionlar Liqasının ¼ final qarşılaşması çərçivəsində alman klubu "Şalke-04"-lə keçirilən görüşdə qapısından 5 top buraxan "İnter", bundan bir az sonra İtaliya A seriyasında əzəli rəqibi "Milan"la görüşdə də acınacaqlı məğlubiyyətə üzülmüşdü.
"Napoli" səfərdə "Bolonya"nı, "Yuventus" "Cenoa"nı, "Latsio" isə "Parma"nı məğlub edib. "Roma" isə Françesko Tottinin qolları ilə "Udineze"yə yerini göstərib. Keçirilən qarşılaşmaları vəqeydə alınan nəticələri diqqətinizə çatdırırıq:


"İnter" - "Kyevo" - 2:0
Qollar:
Esteban Kambyasso, 66. Maykon, 84

"Udineze" - "Roma" - 1:2
Qollar:
Antonio Di Natale, 88. Françesko Totti, 57-pen. 90+4


"Bari" - "Kataniya" - 1:1
Qollar:
Alessandro Qatsi, 33 - Maksi Lopes, 44

"Kalyari" - "Breşiya" - 1:1
Qollar:
Andrea Kossu, 22 - Andrea Karaççolo, 61

"Yuventus" - "Cenoa" - 3:2
Qollar:
Simone Pepe, 50. Alessandro Matri, 63. Luka Toni, 83 - Leonardo Bonuççi, 7-avt. Antonio Floro Flores, 57

"Bolonya" - "Napoli" - 0:2
Qollar:
Cüzeppe Maskara, 30. Marek Hamşik, 45-pen.

"Latsio" - "Parma" - 2:0
Qollar:
Ernaneş, 23. Serjio Flokkari, 77

"Sampdoriya" - "Leççe" - 1:2
Qollar:
Massimo Makkarone, 69 - David Di Mikele, 39. Ruben Olivera, 66

"Palermo" - "Çezena" - 2:2
Qollar:
Jasmin Kurtiç, 5. Mauritsio Pinilya, 36 - Marko Parolo, 90+2. Emmanuele Caççerini, 90+4

"Fiorentina" - "Milan" - 1:2
Qollar:
Xuan Manuel Varqas, 79 - Klarens Zeedorf, 8. Pato, 41

Bütün xəbərlər Facebook səhifəmizdə