Futbol turnirində finalçılar müəyyənləşib "Rio-2016"

Futbol turnirində finalçılar müəyyənləşib "Rio-2016"

"Rio-2016" Yay Olimpiya Oyunlarının futbol turnirində kişilərin mübarizəsində finalçılar müəyyənləşib. SİA-nın məlumatına görə, meydan sahibi Braziliya yarımfinalda Hondurası darmadağın edib. 15-ci saniyədə fərqlənən Neymar Olimpiya Oyunları tarixində vurulan ən erkən qolun müəllifi olub. Qadınlarda olduğu kimi, kişilərdən ibarət Almaniya yığması da finala vəsiqə qazanıb. Bundestim Nigeriyaya qalib gəlib.

Yarımfinal

Braziliya 6-0 Honduras

Nigeriya 0-2 Almaniya

Final

20 Avqust

Braziliya - Almaniya

Bütün xəbərlər Facebook səhifəmizdə