\"Təhsil\" və \"Viləş\" komandaları ölkə çempionatının debüt oyununda rüsvayçı hesabla məğlub oldular

\"Təhsil\" və \"Viləş\" komandaları ölkə çempionatının debüt oyununda rüsvayçı hesabla məğlub oldular
Qadınlardan və kişilərdən ibarət otüstü hokkey komandaları arasında ölkə çempionatında I turun oyunlarına yekun vurulblar. Siasport.az saytı xəbər verir ki, II dəstədə yarışan 5 komandanın hamısı cənub bölgəsini təmsil etdiyindən onların oyunları bu mövsümdən başlayaraq Masallı şəhər Olimpiya-İdman Kompleksinin stadionunda keçirilir. Şənbə günü ilk olaraq Lənkəranın "Xəzər" və Masallı rayonunun yenicə yaradılmış "Viləş" (Xırmandalı kəndi) komandaları qarşılaşıb. Kifayət qədər təcrübəyə malik Lənkəran hokkeyçiləri rəqibini meydana çıxmağa peşman edib. "Xəzər" matşı 8:0 hesabı ilə öz xeyrinə başa vurub. İlk turun 2-ci oyununda ötən çempionatda obyektiv səbəblər üzündən çıxış etməyən və heyətini xeyli gəncləşdirən Cəlilabadın "Göytəpə" və "Astara" komandaları görüşüb. Ötən il Xaliq Şəbiyevin "Göytəpə" klubuna məşqçi təyin olunması deyəsən düşərli olub. Onun yetirmələri rəqiblərini 5 cavabsız qolla məğlubiyyətə uğradıblar. Masallının "Olimp" komandası isə 1-ci turda istirahət edib. II dəstədə çıxış edən komandalar 2-ci turun oyunlarını aprelin 16-da keçirəcəklər.

Azərbaycan çempionatında bu ildən qadınlardan ibarət 7 komanda dairəvi sistemlə 2 dövrədə mübarizə aparır. Aprelin 3-də start götürən ilk tura şənbə günü daha 2 oyunla yekun vuruldu. Xatırladaq ki, turun aprelin 3-də keçirilən ilk görüşündə sumqayıtlı qızlar Lənkəranın "Xəzər" komandası üzərində 2:0 hesablı qələbə qazanmışdı. Birinci olaraq debütant-Bakının "Təhsil" komandası da meydana çıxmasına peşman olub. Ötən çempionatın gümüş mükafatçısı "Atasport-2" klubu ilə görüşdə "Təhsil" hokkeyçiləri öz qapılarından 16 cavabsız top buraxıblar.

Bu mövsümün daha bir debütantı-Qusarın "Samur" komandası isə digərlərindən fərqli olaraq öz qapısını toxunulmaz saxlaya bilib. Həmin rayonun "Şahdağ" klubu ilə start oyununda hesab açılmayıb.

Bazar günü yüksək dəstədə çıxış edən kişilərdən ibarət "Akkord" Qusarın "Şahdağ" komandasını 6:2 hesabı ilə ağır məğlubiyyətə uğradıb.

Birinci dəstədə yarışan kişi hokkeyçilər də 1 oyun keçiriblər. "Gəncə" və "Kür" (Mingəçevir) komandalarının qarşılaşmasında gəncəlilər böyük hesablı qələbəyə seviniblər-5:0.

Aprelin 10-da qadınların birinciliyində "Atasport-2" və "Bakı" komandaları görüşüb. Oyun \"Bakı\" komandasının üstünlüyü ilə keçib və məşqçi Səadət Zəkiyevanın yetirmələri 2:0 hesabı ilə qələbə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня