“Barselona” “Real”a aman vermir

“Barselona” “Real”a aman vermir

Yola saldığımız həftədə İspaniya La Liqasında maraqlı qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, çempionatın qurtarmasına həftələr qalınca La Liqadakı iddialı klublar arasındakı mübarizə daha da qızışaraq dramatik idman mübarizəsinə çevrilir. Xüsusi ilə bir-birinə əzəli rəqib olab "Barselona" və "Real Madrid" klubları arasındakı mübarizə daha gərgin xarakter alır. Ötən həftə hər iki klub qələbə qaanaraq aralarındakı xal fərqini stabil olaraq qoruyu saxlaya biliblər. La Liqanın hazırkı vahid lideri "Barselona" çempionatın audsayderi "Almeriya" ilə görüşdə bir buraxılan qola üzülsə də, rəqibin torunu düz 3 dəfə silkələyə bilib. Katalonların əzəli rəqibi "Real" isə, Avropa Liqasının sonuncu qalibi "Atletik Madrid" klubunun qapısından 3 cavabsız qol keçirə bilib. \"Valensiya\" isə \"Vilyarreal\"ın qapısından düz 5 cavabsız qol keçirib. İspaniya La Liqasında keçirilən görüşləri və qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:

\"Atletik\" - \"Real Madrid\" - 0:3
Qollar:
Kaka, 14; 54-hər ikisi pen. Kriştianu Ronaldu, 70

\"Barselona\" - \"Almeriya\" - 3:1
Qollar:
Lionel Messi, 53-pen; 90+2. Tiaqu, 64 - Migel Anxel Korona, 50

\"Malyorka\" - \"Sevilya\" - 2:2
Qollar:
Akihiro İenaqa, 16.
Conatan De Quzman, 42 - Alvaro Neqredo, 31-pen. İvan Rakitiç, 68

\"Sportinq\" - \"Osasuna\" - 1:0
Qol:
David Barral, 65

\"Erkules\" - \"Espanyol\" - 0:0

\"Valensiya\" - \"Vilyarreal\"
- 5:0
Qollar:
Roberto Soldado, 14; 75. Xuan Mata, 56; 73. Ever Baneqa, 62

Bütün xəbərlər Facebook səhifəmizdə