"Rio-2016" Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında Azərbaycan idmançısı Patimat Abakarova təsəlliverici görüşlərdə iştirak edib. SİA-nın məlumatına görə, ilk qarşılaşmada Serbiya idmançısı Tiyana Boqdanoviçə məğlub olan P.Abakarovanın (49) rəqibi finala yüksəldiyi üçün taekvondoçumuz bürünc medal uğrunda mübarizə aparmaq imkanı əldə edib.
Avropa çempionatının və "Bakı-2015"in mükafatçısı P.Abakarovanın bürünc medal uğrunda ilk rəqibi çinli Jinqyu Vu olub. Qarşılaşmada iki dəfə geri düşməsinə baxmayaraq sona yaxın rəqibin başına əla zərbə endirən idmançımız 4:3 hesablı qələbə qazanıb. O, təsəlliverici görüşlərdə sonuncu rəqibi fransalı Yasmin Azeizə 7:2 hesabı ilə qalib gələrək XXXI Yay Olimpiya Oyunlarını bürünc mükafatla başa vurub və Azərbaycana yeddinci medalı qazandırıb.
















Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB