Yuliya Ratkeviç “Rio-2016”da 5-ci olub

Yuliya Ratkeviç “Rio-2016”da 5-ci olub

Qadın güləşçimiz Yuliya Ratkeviç "Rio-2016" Yay Olimpiya Oyunlarında çıxışını başa vurub. SİA-nın məlumatına görə, 58 kq çəki dərəcəsində çıxış edən idmançımız ilk görüşündə ukraynalı Oksana Herheldən üstün olub. 1/4 finalda Yuliya Ratkeviç kolumbiyalı Jaklin Ryenteriyanı mübarizədən kənarlaşdırıb. Yarımfinal mərhələsində Yaponiya idmançısı Kaori İçoya məğlub olan idmançımız bürünc medal uğrunda mübarizə aparıb. Üçüncü yer uğrunda görüşdə Yuliya Ratkeviç Tunis idmançısı Marva Amriyə uduzaraq Olimpiya Oyunlarını beşinci pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə