Azərbaycan Premyer Liqasının XXVI turunun son oyunları

Azərbaycan Premyer Liqasının XXVI turunun son oyunları

Azərbaycan Premyer Liqasının XXVI turuna yekun vurulub. Siasport.az saytı xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Əvvəlcə ikinci "altılıq" çərçivəsində "Gəncə" və "Muğan" meydana çıxıb. Gəncə şəhər stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Bir saat sonra "Qarabağ" - "Xəzər Lənkəran" qarşılaşmasına start verilib. Bu oyun ikinci pillə baxımından önəmli ola bilərdi. "Xəzər Lənkəran" qələbə qazansa, "Qarabağ"la xal fərqini 4-ə çatdıracaqdı. Ağdamlılar qələbə qazanacağı halda isə ikinci pilləyə yüksələcəkdi. Amma heç bir komanda qələbə qazanmayıb və tərəflər liderlə xal fərqini qoruyub saxlayıb.

Günün və turun son qarşılaşması AZAL-la "Bakı" arasında keçirilib. Şüvəlan qəsəbə stadionundakı ilk iyunda AZAL qələbəyə sveinib.

Premyer Liqa

Final Mərhələsi

XXVI tur, 10 aprel

Qarabağ - Xəzər Lənkəran 0:0

Baş hakim: Fariz Yusifov

Baş hakimin köməkçiləri: İlham Əliyev, Rza Məmmədov

Dördüncu hakim: Rəhim Həsənov

AFFA nümayəndəsi: Oqtay Abdullayev

Hakim-inspektor: Məlik Həsənov

Sarı vərəqələr: Vüqar Nadirov, 20 // Manuel Skarlatake, 27; Elnur Allahverdiyev, 65; Dieqo Souza, 67; 90

Qırmızı vərəqə: Dieqo Souza, 90

10 aprel. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. 3000 tamaşaçı

Gəncə - Muğan 1:1

Baş hakim: Elçin Məmmədov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov

Dördüncu hakim: Fuad Həsənov

AFFA nümayəndəsi: Ramiz Əliyev

Hakim-inspektor: Rüfət Hüseynov

Sarı vərəqələr: Azər Məmmədov, 20; Armand Feutçine, 23; Zura Dzamsaşvili, 49; Xəyal Mustafayev, 83 // Miloş Zeçeviç, 9; Taqim Novruzov, 70; Amil Ağacanov, 85

Qollar: Sabir Allahquliyev, 66 // Taqim Novruzov, 58

10 aprel. Gəncə şəhər stadionu. 1000 tamaşaçı.

AZAL - Bakı 1:0

Baş hakim: Elnur Muradov

Baş hakimin köməkçiləri: Vaqif Musayev, Azər Əsgərov

Dördüncu hakim: Ramil Diniyev

AFFA nümayəndəsi: Qürbət Həsənov

Hakim-inspektor: Akif Məmmədov

Sarı vərəqələr: Elvin Əliyev, 36; Usim Nduka, 90+1 // Joao Silvinyo de Karvalyo, 40; İbrahim Karqbo, 67

Qol: Gennadi Bliznyuk, 45+2

10 aprel. AZAL stadionu. 2000 tamaşaçı


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com