ŞOK! Elnur Allahverdiyev "Xəzər Lənkəran"dan qovuldu

ŞOK! Elnur Allahverdiyev "Xəzər Lənkəran"dan qovuldu
"Qarabağ" - "Xəzər Lənkəran" oyunundan sonra "Xəzər Lənkəran" rəhbərliyi və baş məşqçinin iştirakı ilə bir neçə saatlıq iclas keçirilib. Siasport.az saytı xəbər verir ki, iclasda komandanın son turlarda qələbə qazana bilməməsinin səbəbləri araşdırılıb.

Son olaraq bir neçə qərar qəbul olunub. Onlardan birinə əsasən Elnur Allahverdiyev "Xəzər Lənkəran"ın əsas heyətindən uzaqlaşdırılır. Buna səbəb adı çəkilən futbolçunun mütəmadi olaraq klubun daxili intizam qaydalarını pozmasıdı.

Fanat.az-ın əldə etdiyi məlumata görə, Elnur dopinqə görə komandadan uzaqlaşdırılıb. Belə ki, yığmanın düşərgəsində olan zaman Elnurun qanında qadağan olunmuş maddə aşkarlanıb. Son dövrlər komandanın məşqlərində iştirak etməyən futbolçunun hərəkətləri rəhbərliyin və baş məşqçinin səbr kasasını daşırıb. Nəticədə Elnur komandadan qovulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com