İdmançımız Olimpiadanın finalında

İdmançımız Olimpiadanın finalında

Azərbaycan idmançısı Valentin Demyanenko XXXI Yay Olimpiya Oyunlarında 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşün yarımfinalında almaniyalı Stefan Kiraj, gürcüstanlı Zaza Nadiradze, portuqaliyalı Helder Silva, macarıstanlı Conatan Haydu, Yuri Çeban (Ukrayna) və Kanada avarçəkəni Mark Olderşava qarşı yarışıb. SİA-nın məlumatına görə, məsafəni 40.298 saniyəyə qət edən idmançımız finala yüksəlib.

Qeyd edək ki, final yürüşü avqustun 18-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə