Taekvondoçumuzun “Rio-2016”dakı debütü uğursuz oldu

Taekvondoçumuzun “Rio-2016”dakı debütü uğursuz oldu

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının qadınlar arasında taekvondo yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı, Avropa çempionatının və "Bakı-2015"in bürünc mükafatçısı Patimat Abakarovanın dayanq üzərində ilk çıxışı uğursuz olub. SİA-nın məlumatına görə, turnirdə 49 kq çəki dərəcəsində yarışan P.Abakarova 1/8 finalda hazırki Avropa çempionu, eləcə də ötən il dünya çempionatının bürünc, birinci Avropa Oyunlarının gümüş medalçısı serbiyalı Tiyana Boqdanoviç ilə qarşılaşıb. Döyüşdə 2:3 hesabı ilə məğlub olan P.Abakarovanın sonrakı çıxışları rəqibinin finala çıxmasından asılı olacaq. Belə olduqda taekvondoçumuz təsəlliverici görüşlərə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə