Beri Foqts təlim-məşq toplanışını təxirə saldı

Beri Foqts təlim-məşq toplanışını təxirə saldı
Xəbər verdiyimiz kimi, aprelin 11-dən 14-dək Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçirilməli idi. Siasport.az saytı xəbər verir ki, sözügedən toplanış keçirilməyəcək. Bununla əlaqədar milli komandanın baş məşqçisi Berti Foqts AFFA-nın rəsmi saytına saytına fikirlərini bildirib: \"Çempionatın hazırkı mərhələsində klubları nəzərə alaraq, Azərbaycan millisinin aprelin 11-dən 14-dək planlaşdırılan təlim-məşq toplanışını keçirməyəcəyik. Tibbi müayinə və dopinq-test əvvəlcədən nəzərdə tutulduğu kimi, aprelin 18-dən 21-dək Almaniyada təşkil olunacaq.

Ölkə kubokunun finalına yüksəlməyən klublardakı millinin üzvləri mayın 20-dən iyunun 8-dək Qazaxıstan və Almaniya yığmalarına qarşı oyunlara hazırlaşacaqlar. Ölkə kubokunun finalında çıxış etmiş futbolçular mayın 26-da millinin heyətinə qoşulacaqlar.

Qarşılıqlı əməkdaşlığa görə dərin minnətdarlığımı bildirir və bütün klublara öz məqsədlərinə çatmağı arzulayıram\".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com