Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə Azərbaycan idmançısı Valentin Demyanenko yarımfinala yüksəlib. SİA-nın məlumatına görə, V.Demyanenko seçmə yürüşdə bolqarıstanlı Angel Kodinov, italiyalı Karlo Taççini, "Bakı-2015" birinci Avropa Oyunlarının qalibi litvalı Henrikas Justautas, iranlı Adel Mojallalimoğadam və avstraliyalı Ferents Şekşardiyə qarşı yarışıb.
Məsafəni 39,749 saniyəyə qət edən idmançımız qrup birincisi kimi yarımfinala yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB